Günün qoroskopu
4.12.2012

Qoç - bu gün edə biləcəyiniz ən yaxşı əməl özünüz olmaqdır. Ətrafdakılarda müsbət rəy yaratmaq naminə saxtakarlıq etməyin, olduğunuzdan fərqli görünməyə çalışmayın.
Səhər saatlarında günün intensiv olacağı bəlli olacaq.

İşdə və ya təhsil müəssisəsində - fərq etməz, tapşırılan işlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə çalışın. Rəqiblərə və ya bədxahlara fikir verməyin. Sizin onlara münasibətinizdən asılı olmayaraq, həmin adamlar öz işlərindədir.

Kimsənin sizi aldatmasına imkan verməyin. Bunu etmək çətindir, çünki təbii, kimsə aldanmaq istəməz, amma əksər zaman yalanın qurbanı olar. Yalana tuş gələcəksiniz və bu zaman tamahınız sizi üstələrsə, həmin yalanın qurbanına çevriləcəksiniz.

Təşəxxüs, eqoizm, müştəbehlik bu gün sizin üçün çox böyük problemlər yarada bilər. Ehtiyatlı olun - sevgi və şəfqət verə bilməyən adam həmin nəsnələri əldə edə bilməz.

Axşam saatlarına yaxın yaşam sürətini bir qədər aşağı salın. Sosial şəbəkələrdə izafi vaxti keçirməyə dəyməz.

Buğa - prinsip etibarilə, heç pis gün deyil. Hər şey sizdən, əməllərinizdən, istəklərindən asılıdır.
İşdə yoldaşlarınızı, həmkarlarınızı tərifləyin. Aldığınız tapşırıqları yerinə yetirərkən rutinlikdən bir qədər kənara çıxın, fantaziya və təxəyyülü işə salın. Təşəbbüskar olun və bu zaman rəhbərlik səylərinizi görəcək.

Ünsiyyətlərinizdə seçkinlik edin, söhbət xatirinə danışmayın. Unutmayın ki, iş fasilələr edərək çalışmaq üçündür - çalışmağı fasilələr arasında etmək üçün yox.

Yeni tanışlıqlar mümkündür. Öz məqsədlərini reallaşdırmaq və mənafelərini təmin etmək üçün sizdən yararlanmaq istəyən adamların sui-istifadə cəhdlərinin baş tutmasına rəvac verməyin.
Alış-verişdə bədxərclik etməyin.

Ailə üzvləri və yaxınlarınızla təmaslarda sayğılı olun, emosiyalara qapılmayın.
Axşam saatlarında yaşanan günün yorğunluğunu çıxardın. Yatmazdan əvvəl çox yeməyin.

Əkizlər - çox ağır gündür. Problemlər sanki yarışa giriblər və onların sayı ilk baxışdan azalmaq bilmir. Bir problemi həll etməmiş, başqası peyda olur və onun da çözülməsi yeni qüvvə, yeni səy və ən başlıcası, vaxt tələb edir.

Məhz vaxt bu gün ən ciddi ehtiyac etdiyiniz nəsnəyə çevriləcək. Zamandan səmərəli istifadə etmək üçün görüləcək işləri sıralayın. Bir işi başa çatdırmamış yenisinə başlamayın.

Vədlər verməyin, çünki verilən sözü mütləq tutmaq gərəkdir və elə ola bilər ki, bəzi vədləriniz sizdən asılı olmayan səbəblər ucbatından yerinə yetirilməsin.

Günün ikinci yarısında evdəki problemləri həll etməyə başlayın. Həmin problemlər adi məişət qayğılarıdır və onların ailə üzvlərinə zəhmli olduğunuzu göstərmək yolu ilə çözüləcəyini əsla düşünməyin. Bu işləri siz görməlisiniz və ailə üzvlərinizin də həmin problemlərdə heç bir günahı yoxdur.
Sakit, soyuqqanlı olun.

Xərçəng - səhər saatlarına yorğun başlaya bilərsiniz. Yorğunluq dünənki işlərin əks-sədasıdır.
Səbəbləri araşdırdınız? Bəlkə yorğunluğun nəticəsi stressdir və ondan qurtulmaq üçün sağlamlığınızın qeydinə qalmalısınız?! Günün ilk yarısında həllini tələb edən problemlərin sayını sürətlə azaltmağa çalışın. Gələn telefon zəngləri arasında biri sizi sinirləndirə bilər.

İşdə və ya təhsil zamanı sosial şəbəkələrə qatılmayın. Bu, mənfi emosiyalarınızı artıra bilər. Başqalarının problemləri ilə bağlı müzakirələr, yad adamların fikirlərinin dəyərləndirilməsi bu gün üçün əlverişli davranış deyil.

İşdə maraqlı təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirməzdən əvvəl bütün təfərrüatları və detalları götür-qoy edin, müsbət yönlərin mənfi cəhətlərdən və potensial risklərdən artıq olduğunu təsbit edin.

Axşam saatlarında qəfil problem yarana bilər. Lütfən, sakit, soyuqqanlı olun. Ani emosiyaların davranışlarınızı idarə etməsinə, ağlınıza hakim kəsilməsinə yol verməyin.

Şir - planlaşdırma, fəaliyyət qrafikinin yenidən hazırlanması, əvvəl başladığınız işin başa vurulması üçün əlverişli gündür. Yarımçıq qalmış tapşırıqları yerinə yetirməyə səy göstərsəniz, sizi narahat edən qayğılardan biri azala bilər.

Günün ilk yarısında başağrısı və halsızlıq ola bilər. Lakin bu vəziyyət qısamüddətli olacaq. Yaxın dostlarınız və yaxşı tanıdığınız insanların yardımları mümkündür.

Günün ikinci yarısında gözlənilməz görüş mümkündür. Bu görüşün əsl səbəblərini bir qədər sonra anlayacaqsınız. Hadisələrin mənfi məcrada inkişafından qorunmaq üçün əvvəlcədən tədbirlər görməli olduğunuzdan, ehtiyat variantları fikirləşməyiniz pis olmaz.

Axşam saatlarını dostlarla keçirə bilərsiniz. Amma ailənizin məişət qayğılarını da unutmayın.

Qız - bu gün səhər saatlarında qohumlardan birinidən təklif alacaqsınız. Həmin təkliflə bağıl uzun-uzadı müzakirələr və ya təhlillər aparmağa ehtiyac yoxdur. Ani dəyərləndirmə və sürətli reaksiya tələb olunan davranış modelidir.

İşdə mübahisələr istisna deyil. Həmkarlarınıza mövqelərinizin səhih və doğru olduğunu anlatmağa çalışarkən emosiyalara qapılmayın.
Elektron poçtunuzu yoxlayın. Orada gözlənilməz məktub ola bilər.

Fiziki işlə məşğulsunuzsa, görəcəyiz işdən artıq həcmdə tapşırıqları yerinə yetirməyə çalışmayın. Bunun fəsadları ola bilər.

Sizə yaxın olan insanlarla ünsiyyətdə açıq olun, qadağalar və məhdudiyyətlərin sayını könüllü şəkildə artırmayın. Müxtəlif yalanların pərdələri altında həqiqəti gizlətmək səylərinin müvəqqəti nəticələr verdiyini də bilin.

Axşam saatlarını sevdiyiniz insanla keçirin, çünki onun sizin səmimi və xoş sözlərinizə ehtiyacı var.

Tərəzi - xoş, amma o qədər də ciddi olmayan münasibətlərin başlanması mümkündür. Yeni tanışlıq yaxşı perspektivlər vəd edir. Hər şey sizdən asıldır. Aktiv, emosional, hərəkətli, mütəhərrik olun.

Gün faydalı və ya xoş ola bilər - məziyyəti siz seçməli olacaqsınız. Ya mühüm işlərlə məşğul olub uğur qazanacaq, ya da dostlarla əla vaxt keçirəcək, amma heç nəyə nail olmayacaqsınız.
Günün həyat potensialı yüksəkdir. Ehtiyac varsa, idman və ya ağır fiziki işlə məşğul olmaq mümkündür. İmiclə eksperimentlər arzu olunan deyil.

Ayaqqabı, geyim və ya aksessuar almaq fikriniz varsa, bələd olduğunuz markalara, tanıdığınız dükanlara və ya satıcılara üstünlük verin.

Əqrəb - bu gün istənilən mübahisədən qalib çıxa bilərsiniz. Səbəb sizin haqlı olmağınız yox, sizi fikrinizdən daşındırmağın mümkünsüz olduğunu opponentlərinizin anlamasıdır.

Mənası olmayan riskli addımlar ataraq qüvvənizi olduğundan artıq dəyərləndirməyin.
İşdə hansı prinsiplərə riayət etməklə bağlı mübahisələrin yaranması, iş yoldaşları və ya tərəfdaşlarınızla fikir ayrılıqlarının yaşanması istisna deyil.

Ailənizin bundan sonrakı yaşamında əks olunacaq qərar verə bilərsiniz. Narahat və təlaşlı olacaqsınız. Lakin ən mühüm, məsuliyyətli anlarda diqqətli olun, fikrinizi bir yerə cəmləyin və gərəkli qərarı verin, lazımi addımı atın.

Ailəniz bunu gözləyir, sizə ümid edir.

Oxatan - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa, sizi narahat edən suallara cavab tapmağa çalışın. Yeni işə başlamaq olar. Lakin bilin ki, yardım və köməyinə bel bağladığınız insanlar sizi dəstəkləməyə bilərlər.

Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. İmkanlarınızı mövcud reallıqdan kənar müstəvidə dəyərləndirməyin.
İdmanla məşğul olmaq, aktiv istirahət üçün pis gün deyil.

Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, təşəbbüskarlıq edin.
Sizinlə tanış olmaq istəyən adam tapılacaq. Davranışınızı rəvan və təmkinli edin.

Oğlaq - məhsuldar və aktiv iş üçün əlverişli gündür. Səylərinizlə zəhmətinizin nəticələri özlərini çox gözlətməyəcək. Yeni layihəyə və ya işə başlamaq olar. Bununla belə, adət etdiyiniz, alışdığınız iş də sizə cansıxıcı, üzücü təsir bağışlamayacaq.
Nüfuzlu şəxsdən, o cümlədən çoxdan dəstəyini və ya himayəsini almağa nail olmağa çalışdığınız adamdan cavab ala bilərsiniz.

Ailə üzvləri, yaxınlarınızla asanlıqla ümumi dil tapırsınız. Bu zaman düşündüyünüzü deyin, səmimi olun. İkinci dərəcəli məsələləri mühüm işdən, əsas məqsəddən ayırın.

Gərəkli məlumatı və ya lazımi informasiyanı vaxtında əldə edin.
Nüfuzunuzu qoruyun.

Dolça - gün müsbət təmayüllərin güclənməsi ilə başlanacaq. Bir qədər əvvəl yaranmış problemlər uğurla həll ediləcək. Yeni dostlar və müttəfiqləriniz olacaq.

Qətiyyətiniz, inadkarlığızın və ən başlıcası - yaxşı işiniz ətrafdakılarda rəğbət hissi yaradacaq. Çətin vəziyyətə düşsəniz, yardım istəməkdən çəkinməyin.

Fəqət, insanlar barədə onların gerçək hallarından artıq fikirlərdə olmayın. Belədə olmayan yerdə öz məqsədinizi görə bilərsiniz.
Düşünülməmiş addımlar atmayın, emosional qərarlar verməyin.

Balıqlar - maraqlı və yaddaqalan hadisələrlə zəngin gün olacaq. Lakin böyük uğur qazanmaq şansı azdır. İzafi, gərəksiz xərclər etməyin. Bu gün bütün istəklərinizi dərhal həyata keçirməyə çalışsanız, uğursuzluğa və pərişanlığa düçar ola bilərsiniz.

Yaxşı iş üçün pis gün deyil.
Cazibədar işgüzar təkliflər ala bilərsiniz. Hissiyatınıza inanın: o, sizə necə qərar verməyi bildirəcək.

Günün ikinci yarısı görüşlər və danışıqlar üçün sərfəlidir.
Qıcıqlı, hirsli, emosional olmayın.

Günün emosional fonu yüksək olduğundan münasibətlərdə məntiqli, soyuq davranın.

Milli.Az