Britaniyanın "Sight & Sound" jurnalı vidalaşmağa hazırlaşdığımız ilin ən yaxşı 10 filminin adını açıqlayıb. Siyahıya Pol Tomas Andersonun "Usta" filmi başçılıq edir. Jurnalın əməkdaşları 100-lərlə kinotənqidçi arasında sorğu keçiriblər.
Ən yaxşı filmlər də elə onların fikirləri əsasında müəyyən edilib. Balların sayına görə faktiki olaraq siyahıda 11 film yer alıb.
Belə ki, eyni anda 2 film 10-cu yerə sahibl olub. Nuri Bilqe Ceylanın "Bir dəfə Anadoluda" və Cəfər Pənahinin "Bu film deyil" filmləri öz aralarında 10-cu yeri bölüşüblər.
2012-ci ilin ən yaxşı filmləri siyahısını təqdim edirik:
1. "Usta" — rejissor Pol Tomas Anderson
2. "Tabu" — rejissor Migel Qomeş
3. "Məhəbbət" — rejissor Mixail Xaneke
4. "Korporasiya "Müqəddəs motorlar" — rejissor Leos Karaks
5. "Cənubun vəhşi heyvanları" — rejissor Ben Zaytlin
6. "Bərbəryanın səsyazma studiyası" — rejissor Piter Striklend
7. "Bütöv ayın krallığı" — rejissor Ues Anderson
8. "Təpəciklərin arxasında" — rejissor Kristian Mundju
9. "Kosmopolis" — rejissor Devid Kronenber
10. "Bir dəfə Anadoluda" - rejissor Nuri Bilge Ceylan; "Bu film deyil" - rejissor Cəfər Pənahi və Modjtab Mirtahacebi.
ANS PRESS