Misir Şarm-əş-Şeyxə Azərbaycandan turist cəlb etmək niyyətindədir
23.10.2017

Misirin Şarm-əş-Şeyx kurort şəhəri turist cəlb etmək üçün yeni istiqamətləri inkişaf etdirmək niyyətindədir.

"Akhbar el-Yom" nəşrinə istinadən xəbər verilir ki, siyahıda Azərbaycanın da adı var.

Bildirilir ki, yeni istiqamət axtarışı kurort bölgəsinə turist axınının böyük hissəsini təmin edən Rusiyadan aviareyslərin olmamasından irəli gəlir.

report.az