Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi tədris edilir.
Ali Məktəbdən verilnə məlumata görə, məhz bu ixtisas orada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkədə birinci yerdədi.
Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarından Azərbaycan üzrə 700 bal toplayan 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçib.
Prezident təqaüdçülərinin sayına görə ölkədə II yeri tutan BANM-də 24 nəfər Prezident Təqaüdçüsü təhsil alır ki, onlardan 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin tələbələridir.
Həmin ixtisasa bu il 12-si qız, 28-i oğlan olmaqla 40 nəfər tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685, maksimal bal 700, orta bal isə 691 bal olub.
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.
Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin 2013-2017-ci illər üzrə orta bal dinamikasını təqdim edirik.
İllər orta bal
2013 669
2014 684
2015 685
2016 681
2017 691
report.az