İçərişəhərdə gənc rəssamların sərgisi açılıb
23.10.2017

İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı gerçəkləşib.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 15-dən çox sənət əsəri ziyarətçilərin ixtiyarına verilib. Müxtəlif texnika ilə işlənmiş çoxsaylı sənət əsərinin də yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Sərgi növbəti dəfə insanların marağına səbəb olub”.

Qeyd edək ki, insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sözügedən layihə çərçivəsində hər həftənin şənbə və bazar günləri müxtəlif sərgilər təşkil edilir.

azertag.az