Artıq çörəklər bayatlamadan və kiflənmədən 60 gün boyunca qala biləcək. İnkişaf etdirilmə mərhələsindəki sistem sayəsində, hər il yüz milyardlarla dollarlıq çörək itkisinin qarşısını almaq hədəfdədir.
Texas mərkəzli Microzap firmasının inkişaf etdirdiyi texnikayla çörəklərdə kiflənməyə səbəb olan bakteriyaların qarşısı alınacaq.
Firmanın ilhamlandığı qaynaq evlərdə istifadə edilən mikrodalğalı sobalardır.
Çörək istehsal bantlarında tətbiq olunacaq mikrodalğa texnikasıyla kiflənməyə gətirib çıxaran Rhizopus stolonifer göbələyi 10 saniyə içində yox ediləcək. Beləcə normal şərtlərdə 10 gündə kiflənən çörəklərin ömrü 60 günə qədər uzanacaq.
Microzap səlahiyyətliləri, Texas Tech Universitetindəki sınaq mərhələsini müvəffəqiyyətlə keçən sistemə istehsalçıların rəğbət göstərməsini gözləyir. Səlahiyyətlilər yeni sistemlə çörəklərdə köhnəlməyə mane olan qatqı maddələrinin də istifadə edilməyəcəyini ifadə edir.
Mikro dalğa texnikasının yayılmasıyla çörək xaricindəki digər qidalarda da ömrünün artırılması məqsəddir.
Mütəxəssislər inkişaf etmiş ölkələrdəki qida israfının bu sistemlə sona çatacağının vurğulayır. Çünki yalnız İngiltərədə satın alınan çörəklərin 32%-i zibilə atılır.
ABŞda isə hər il ailələrin qida alverində aldığı çörəyin 40%-i zibilə gedir. Bu ziyan, ildə 165 milyard dollar zərərə səbəb olur.
publika.az