“Bakcell” abunəçiləri xaricdə xərclədikləri məbləğin ƏDV-sini geri ala biləcəklər
23.10.2017

Azərbaycanın İlk Mobil Operatoru olan “Bakcell” MMC-nin “TaxFree4U” xidməti ilə əməkdaşlığı çərçivəsində Avropa ölkələrinə səfər edən abunəçilər həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri almaq üçün xüsusi mobil əlavədən istifadə edə bilərlər.

Məlumatda deyilir ki, “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində, həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac olmayacaq. Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri alacaqlar.

“Bakcell” abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavə bütün “Bakcell” abunəçiləri üçün nəzərdə tutulub.
“Bakcell TaxFree4U” mobil əlavəsini “AppStore” və ya “GooglePlay” vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 56 78 qısa nömrəsinə SMS yollamaq yetərlidir.

report.az