Alim Qasımov ABŞ-da konsert verəcək
23.10.2017

Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova konsert vermək üçün ABŞ-a gediblər.
Onlar artıq "Leyli və Məcnun" konsertinin məşqlərinə başlayıb.
Xalq artisti və qızı "Mark Morris" rəqs qrupu və "İpək yolu" ansamblı müşayiəti ilə Nyu-yorkda 4 konsert proqramı ilə çıxış edəcəklər. Konsertlər 26, 27, 28 və 29 oktyabr tarixlərində "Rose" Teatrında baş tutacaq.

report.az