Bu ilin 9 ayında tikilən yolların statistikası
24.10.2017

2017-ci ilin 9 ayı ərzində uzunluğu 686,3 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatında deyilir.

Məlumatda qeyd olunur ki, respublika əhəmiyyətli - 85,7 km, yerli əhəmiyyətli - 522,4 km, Bakı şəhərində isə 78,2 km yol tikilib.

trend.az