2017-ci ilin 9 ayı ərzində ümumi isifadədə olan avtomobil yollarında və Bakı şəhərində 12 ədəd yeni körpü tikilib, 10 ədədi isə təmir edilib və 4 ədəd piyada keçidi tikilib.
Bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatında deyilir.
Məlumatda qeyd olunur ki, 9 ay ərzində ümumilikdə Cəmiyyət üzrə 1 165,5 min ton asfalt-beton istehsal edilib, 64,1 min ton bitum və 7,2 min ton mazut istifadə edilib.
trend.az