Prezident İlham Əliyevin bu il Zaqatala rayonunda açılışını etdiyi tütün emalı zavodunun sahibi “Azərtütün” MMC 30 111 978 manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Məlumatda deyilir ki, şirkət bu il iyulun 17-də dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti,35 (məhəllə 1033), qanuni təmsilçisi Fazil Rüstəmovdur.
Şirkətin fəaliyyətinə Nəcməddin Sofiyev, Hidayət Sultanov və Məhəmmədəli Əfəndiyevin daxil olduğu 3 nəfərlik Müşahidə Şurası nəzarət edir.
report.az