Azərbaycanda pambıq tədarükçüsünün nizamnamə kapitalına 82 mln. manat pul qoyulub
25.10.2017

Azərbaycanda pambıq tədarükü ilə məşğul olan “Azərpambıq” MMC 82 343 854 manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

Məlumata görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti,53 (məhəllə 1033), qanuni təmsilçisi Tural Eyvazovdur.

Onun fəaliyyətinə Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev və Zakir Əzimovun daxil olduğu Müşahidə Şurası nəzarət edir.

report.az