Azərbaycanda üçpilləli gömrük tarifləri sisteminin ləğv edilməsi təklif olunur.
Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilir: “Biz pillələrin azaldılması təklifi ilə çıxış etmişik”.
Qeyd edək ki, hazırda Azərbaycanda üçpilləli gömrük tarifləri sistemi qüvvədədir. Ölkədə gömrük tariflərinin 0, 5 və 15 faiz dərəcələri mövcuddur.
trend.az