Venerada vulkanlar tapıldı - FOTO
4.12.2012

Avropalı astronomlar kosmik orbital zond vasitəsilə əldə edilmiş məlumatları və informasiyaları təhlil edəndən sonra sensasiyalı açıqlama veriblər.

Onların dediklərinə görə, uzaq Venera planetində fəaliyyət göstərən vulkanlar var.

Avropa Kosmik Agentliyinin (European Space Agency's) "Venus Express" kosmik rəsədxana-zondunun məlumatları göstərir ki, Venerada mütəmadi olaraq vulkan püskürmələri baş verir və planetin atmosferi dəyişir.
Araşdırmalar Fransadakı LATMOS laboratoriyası ilə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşları tərəfindən aparılıb.

Araşdırmanın nəticələri "Nature Geoscience" jurnalında dərc olunub.
Hesabatda bildirilir ki, Venerada vulkanların olmasına planetin atmosferində IO2-nin (kükürd qazı) miqdarının çoxluğu dəlalət edir. Yerlə müqayisədə Venerada miqdarı 1 milyon dəfə artıq olan bu qazın vulkanik mənşəli olduğu şübhə doğurmur.

Milli.Az