Bu il noyabrın 2-12-də Bakıda 8-ci Avropa Film Festivalı keçiriləcək.
Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin və eləcə də Norveç səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq. Proqrama 21 filmin nümayişi daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qaıanları isə Avropa İttifaqının 18 ölkəsi - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç filmləridir.
Müasir Avropa filmlərinin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da Azərbaycan paytaxtına gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portugaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda masterklass dərsləri də keçirəcəklər.
Filmlərin nümayişindən sonra tamaşaçılara rejissorlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı veriləcək.
report.az