Faiq Ağayevin konsertinin reklam videoçarxı artıq hazırdır - Video
4.12.2012

Xalq artisti Faiq Ağayevin “Vida” adlı solo konsertinin reklam videoçarxı hazırdır.

Reklam çarxı YouTube kanalına yerləşdirilib.

Xatırladaq ki, xalq artisti dekabrın 27-dən 30-dək Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. F.Ağayevin 25 illik səhnə fəaliyyətinə yekun vuracaq konsert 4 hissədən ibarət olacaq. Konsertdə 24 mahnı, 3 meqamiks olmaqla 27 musiqi nömrəsi səslənəcək. Bundan başqa, konsertdə yeni klipin təqdimatı da olacaq. Yəni konsert xalq artistinin yaradıcılığının bütün dövrlərini əhatə edəcək.

Konsertin musiqi rəhbəri Rüstəm Zeynallı, bədii rəhbəri Yaşar Baxışdır. Faiq Ağayevi konsert boyu rəqs qrupları müşayiət edəcək.

Faiq Ağayev özü və səhnəyə çıxacaq bütün heyət üçün modelyer Rinat Ramazanova xüsusi geyim dəstləri sifariş edib.

Ümumilikdə, 56 nəfər işçi qrupundan ibarət komandaya və konsertin təşkilinə 250 min manat vəsait xərclənib.

Biletlərin qiyməti 10-60 manat arasında dəyişir.
Video

gun.az