“İçərişəhər”də yemək festivalı
26.10.2017

Bakı sakinləri yenidən sehirli bayram atmosferini hiss edəcəklər.

Noyabrın 23,24,25 ve 26-sı Qız Qalası ətrafında sizi “Sweet November” yemək festivalı gözləyir. Festivalda ləzzətli təamları ilə tanınan kafe, restoranlar və yemək sferasında şəxsi bizneslər və layihələr iştirak edəcək.

Qız Qalası ətrafında əlvan gözəlliklərlə dolu həm körpələr, həm də böyüklər üçün müvəqqəti şəhərcik peyda olacaq. Hər bir iştirakçı masa arxasında isti şokoladdan ya da qlintveyndan dadıb, tanınmış DJ-lərin keyfiyyətli treklərindən həzz ala bilersiniz. Layihe “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Meal for Real onlayn kulinariya platforması tərəfindən təşkil olunur. Festival sadəcə dörd gün davam edəcək! Festivala giriş sərbəstdir!

Restoran ve şəxsi bizneslərin qeydiyyat qəbulu 2017-ci ilin Noyabrın 10-da bitir, şansınızı qaçırmayın! mealforreal@mealforreal.com

trend.az