“Google Drive”-ın “buludlu” (cloudy) saxlama servisinə əvvəlcədən yükləndiyi halda, Gmail poçt xidmətinin istifadəçiləri 10 Gbayt həcmində məktublar göndərə biləcəklər.
Bu barədə Gmail-in rəsmi bloqunda məlumat yerləşdirilib.
Bu yolla “Google” internet şirkəti öz Gmail və Google Drive servisləri birləşdirir. Bundan sonra Google poçt xidmətinin istifadəçiləri öz Gmail hesablarını tərk etmədən, birbaşa Google Drive-dan məktuba fayllar birləşdirə bilər. Bu faylların həcmi 10 Gbayta qədər ola bilər. Bu isə adi digər poçt xidmətlərində olduğundan 400 dəfə daha çoxdur.
Bununla bərabər, bu həcmdə faylların birləşdirilməsi üçün “Google” şirkəti ödənişli Google Drive akkauntu nəzərdə tutub. Adıçəkilən servis istifadəçilərin fayllarının qorunmasına ödənişsiz yalnız 5 Gbayt yaddaş nəzərdə tutub. Əlavə 25 Gbayt Google Drive istifadəçisinə ayda 2,49 dollara başa gəlir. Əlavə 100 Gbayt yaddaş üçün isə istifadəçi ayda 4,99 dollar ödəməli olur.
Gün.Az