Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək
26.10.2017

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası ilin sonunadək Bakıda keçiriləcək.
Bunu brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
"İlin sonunadək hökumətlərarası komissiyanın iclası Bakıda keçiriləcək. Tərəflər iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək, habelə logistika sahəsində konkret mexanizmlər və onların həlli yollarını hazırlayacaqlar", - səfir bildirib.

report.az