Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib
27.10.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
Dövlət başçısı məktubda Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.
Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıb.

report.az