Bakıda illik mühasiblər forumu keçirilir
27.10.2017

Bu gün Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilatçılığı “BMHS 9 – Tətbiqi və Çağırışlar” mövzusunda “İllik Mühasiblər Forumu-2017” keçirilir.
Forumda dövlət qurumları, beynəlxalq maliyyə institutları, regional peşəkar mühasibatlıq təşkilatları, yerli və beynəlxalq audit və məsləhətçi şirkətlər, yerli və beynəlxalq özəl şirkətlər, universitetlərin nümayəndələri iştirak edirlər.
ARPA-nın Müşahidə Şurasının sədri Rüfət Mahmud bildirib ki, forum BMHS 9 standartı barədə məlumatlandırma üçün mühüm rol oynayacaq. İştirakçılar firma daxilində BMHS 9 və onun praktik tətbiqi ilə bağlı ətraflı məlumat almaq imkanı əldə edəcəklər.
O bildirib ki, ARPA-nın fəaliyyətinə qanunvericiilik bazasında dəyişikliklərin aparılması, təhsil sənədlərinin hazılanması, xüsusilə də mühasiblər üçün sertifikatların hazırlanması aiddir. R.Mahmudun sözlərinə görə, son bir il ərzində 150 nəfər sertifikasiya imtahanından keçib.
Forumda həmçinin müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək.

report.az