Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artıracaq
30.10.2017

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artırmağı planlaşdırır. Belə ki, 2018-ci ildə 480 ədəd yük avtomobili istehsalı gözlənilir ki, bu da 2017-ci ilin gözləntisi ilə müqayisədə 2,1 dəfə artım deməkdir.
Bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.
Yük avtomobili istehsalının 2019-cu ildə 530 ədəd, 2020-ci ildə 650 ədəd, 2021-ci ildə 600 ədəd olacağı nəzərdə tutulub.
Həmçinin, traktor istehsalında da növbəti ildə artım proqnozlaşdırlır. 2018-ci ildə traktor istehsalının 2017-ci ilin gözləntisi ilə müqaysədə 15,2% artaraq 1 365 ədədə çatacağı nəzərdə tutulur. İstehsalın 2019-cu ildə 1 370, 2020-ci ildə 1 360, 2021-ci ildə 1 520 ədədə çatacağı gözlənilir.

report.az