Muğam Mərkəzində “Bayatı Qacar” və “Şahnaz” muğamları səslənəcək
31.10.2017

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsinin növbəti konserti noyabrın 15-də “Bayatı Qacar” və “Şahnaz” muğamlarına həsr ediləcək.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 29-da “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn” muğamlarına həsr ediləcək.

azertag.az