"Xəzəryanı ölkələrin sammiti 2018-ci ilin əvvəlində Astanada keçirilə bilər. Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri sammitə hazırlıqları müzakirə etmək üçün dekabrda Moskvada görüşə bilərlər."
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
"Bu istiqamətdə işlər aparılır, indi biz bu sənədin müəyyən detallarını tamamlamağa çalışırıq. Bahara yaxın zamanda yekun saamiti təşkil etmək məqəsdi ilə bəlkə də hardasa dekabrda xarici işlər nazirlərini Moskvada toplamaq mümkün oldu. Bu dəfə sammit Qazaxıstanda, böyük ehtimalla Astanada keçiriləcək", - o deyib.
Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın Xəzəryanı ölkələrin növbəti sammitində imzalanması planlaşdırılır.
Beş ölkənin liderləri ilk dəfə 2002-ci ildə Aşqabadda görüşüblər. İkinci Xəzər sammiti 2007-ci ildə Tehranda, üçüncüsü 2010-cu ildə Bakıda, dördüncüsü 2014-cü ildə Həştərxanda keçirilib.
report.az