Avropa Şurasının nümayəndəsi: "Azərbaycan təşkilatın tamhüquqlu üzvüdür"
31.10.2017

"Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür".
Bunu Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyes Azərbaycanın bu təşkilatdan çıxmasının mümkünlüyü barədə məsələni şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
"Düşünmürəm ki, bu, baş verəcək. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və Avropa Şurasının institutlarının işində tam iştirak edir", - səfir vurğulayıb. O, hazırda məsələnin müzakirə olunduğunu söyləyib.
"Əlaqələrimizdə problem yaradan, amma gələn ayın sonunda həll oluna biləcək məsələlər var", - o bildirib.

report.az