Bakıda ənənəvi yapon musiqisi təqdim ediləcək
31.10.2017

Noyabrın 2-də Azərbaycan Milli Konservatoriyasında ənənəvi yapon musiqi konserti keçiriləcək.

Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq konsertdə Şamisen (simli musiqi aləti), yapon bambuk fleytası (şinobue və şakuhaçi) və zərb alətlərində ifalar səslənəcək, gündoğan ölkənin professional ifaçıları çıxış edəcəklər.

Eyni zamanda, konsertdə yapon musiqisi ilə Azərbaycan musiqisinin sintez ifası da gözlənilir.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

azertag.az