Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün nəzərdə tutulur.
Bu barədə sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, müsabiqə ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, habelə yaradıcı qabiliyyətin ,obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədi daşıyır.
15 yaşadək fırça ustalarının qatıla biləcəyi müsabiqədə iştirak etmək istəyənlər sənət mərkəzinin www.xsm.az elektron ünvanına müraciət edə bilərlər.
azertag.az