Azərbaycanın regionlarından birində yeni inzibati bina tikilir - FOTO
5.12.2012

Siyəzən Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina tikilir.

Bu barədə Siyəzən Rayon İcra Hakimiyyətindən bildiriblər. Bina üçün rayonun Heydər Əliyev prospektində yer ayrılıb.

Üç mərtəbədən ibarət olan binanın zirzəmi hissəsi də istifadə olunacaq. Burada xidməti otaqlar və avtomobil dayanacağı olacaq.

Obyekt 2013-cü ilin mayında istifadəyə veriləcək.

Milli.Az