Qara gavalı bağırsaq xərçəngindən qoruyur
1.11.2017

ABŞ tədqiqatçıları siçanlar üzərində təcrübə aparıblar. Təcrübədə iştirak edən sıçanların bir qrupuna qidalanmaq üçün qara gavalı versələr də, digər qrupunu bundan məhrum ediblər. Aparılan təcrübənin yekununda məlum olub ki, qara gavalı gəmiricilərdə bağırsaq xərçənginin inkişaf ehtimalını azaldır.

Qara gavalı ilə qidalanan gəmiricilərdə digər siçan qrupu ilə müqayisədə bağırsaqlarda xərçəng yaranması ehtimalının daha az olması aşkar edilib. Alimlərin qənaətinə əsasən qara gavalıda turşuluğun səviyyəsini aşağı salan vitamin, mineral və antioksidantlar var. Görünür ki, xərçəng ehtimalını azaldan da elə həmin maddələrdir.

azertag.az