Monteneqronun xarici işlər naziri Azərbaycana gəlib
1.11.2017

Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər iki gün davam edəcək.
Səfər çərçivəsində Srdjan Darmanovic azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.

report.az