Polşa və Portuqaliyadan sonra Yunanıstan və Kipr də Eurovision-2013-dən imtina etdilər. Gələn ilin mayın 14-18-də İsveçin Malmö şəhərində keçiriləcək Eurovision-2013 mahnı müsabiqəsində iştirak Kiprə təxminən 150 min dollara başa gəlməlidir.
Yunanıstan isə bu müsabiqədə yalnız bir dəfə qalib gəlib.
2005-ci ildə Yelena Paparizu "My Number One" mahnısı ilə Eurovision-da qalib gəlmişdi.
Yunanıstanda maliyyə və iqtisadi böhran çox ağır həddə çatıb. Portuqaliyada Avropa Birliyinin tələbi ilə həddən ziyadə ağır büdcə qənaəti ilə bağlı məsələlər müzakirə olunur. Polşa isə yayda keçirilmiş EURO-2012-dən hələ də özünə gələ bilməyib.
Polşa və Portuqaliya Eurovision-un tarixində bir dəfə də qalib gəlməyiblər.
İsveçdən verilən məlumata görə, Eurovision-2013-ün keçirilməsinə 83 milyon avro ayrılıb.
Video
Milli.Az