Tehranda Azərbaycan və İran prezidentlərinin görüşü olub
1.11.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün noyabrın 1-də İran İslam Respublikasına işgüzar səfərə gedib.
Tehranın Mehrabad hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
Həmin gün Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Qeyd edək ki, bu gün Tehranda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərfli görüş olacaq.

report.az