Dekabrın sonunda Bakıda inşa olunan yeni tunel istifadəyə veriləcək. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Qələbə meydanında tikintisi davam etdirilən yol qovşağı kompleksinə aid olan tunellərdən biri - Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tunel dekabrın sonunda istifadəyə veriləcək.
Onun sözlərinə görə, hazırda tuneldə tikinti-quraşdırma işləri başa çatdırılıb.
Tunelə bir qat asfalt-beton örtüyü vurulub. Hazırda tuneldə üzlənmə işlərinin, yan yollarda drenaj xətlərinin çəkilməsi və asfalt-beton örtüyünün vurulması işləri görülür.
Qeyd edək ki, tikintisi davam etdirilən yol qovşağına 6 tunel, 2 piyada keçidi və "Gənclik" metrosunun əlavə 2 çıxışı daxildir.
Trend