Azərbaycanda yeni lizinq şirkəti yaradılıb
1.11.2017

Vergilər Nazirliyi “Premier Lizinq” MMC-nin dövlət qeydiyyatına alıb.
Bu barədə nazirliyin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Əliisgəndər İsgəndərov küçəsi, ev 3/1, mənzil 52, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Sultan Mirzəyevdir. Söhbət “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktorundan getsə də, S.Mirzəyev bildirib ki, hazırda şirkətə Natiq Ömrümov rəhbərlik edir. BOKT-la lizinq şirkətinin təsisçiləri isə eyni deyil.

report.az