Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) həm sahil, həm də dəniz obyektlərində formalaşan 108 175,9 ton çirkab məişət-təsərrüfat suyu, 3 844,311 ton neftli döşəməaltı su, 63,214 ton yağlı əski, 40,66 ton sintetik propilen buraz kəndir qalığı, 0,92 ton istifadə müddəti bitmiş kimyəvi tərkibli məmulat bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazidən kənarlaşdırılıb.
Bu barədə Gəmiçilikdən bildirilib.
Məlumatda deyilir ki, həmçinin, 82 ədəd yararsız akkumulyator, 419 ədəd nasaz avtomobil şini, 47,391 ton rezin tullantısı, 154 ədəd yanacaq, 477 ədəd yağ və 244 ədəd hava süzgəcləri, 1,083 ton toner-katric, 272,84 ton keramik qırıntı, 12 ton asbest qalığı, 47,06 ton işlənmiş boya qabı və boya tullantıları, 378,43 ton taxta tullantı, 45,0 ton tibbi tullantı, 123,742 ton şüşə qırığı, 192,745 ton sellüloz tullantısı, 180,318 ton tekstil parça qalığı, 231,564 ton polimer əsaslı və plastmas tullantı, 610,296 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.
9 ay ərzində Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən isə 0,19 ton neft-su qarışığı, habelə 38,48 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.
report.az