Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 3-də Ağdaşda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev meydanı-1, rayon icra hakimiyyətinin yaxınlığı) başlanacaq. Vətəndaşlar qəbula gəlmək üçün Mingəçevir (050 533-15-29), Yevlax (050 616-52-60, 055 817-41-31), Ağdaş (051 328-33-00, 055 502-26-00), Ağsu (050/055 383 44 00), Bərdə (050 222-95-96), Göyçay (050 265-91-00), Kürdəmir (055 (070) 388-86-68), Tərtər (050 228-33-23), Ucar (050 (055) 304-04-69), Zərdab (070 236-63-63) şəhər və rayon gənclər və idman idarələri ilə əlaqə saxmalıdırlar.
azertag.az