“Həddən artıq uyğunluq” filmi beynəlxalq festivala dəvət alıb
1.11.2017

“Həddən artıq uyğunluq” filmi 6-cı Dehli Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, filmin ssenari müəllifləri Ramiz Fətəliyev, Aleksandr Mərdan, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Xalq Artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev və başqaları canlandırıblar.

Qeyd edək ki, sevgi mövzusunda olan filmdə saf hisslərin təlqin etdiyi məsələlərdən danışılır.

azertag.az