Xəbər verdiyimiz kimi, “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsinin qalibləri növbəti dəfə Şamaxıda olublar. Səfər zamanı iştirakçılar rayonun Avaxıl kəndində sənətsevərlərlə görüşüblər. Etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman ölkəmizin dilbər guşələrindən olan Şamaxının təbiətini tabloya köçürüblər.
Bakı Xətai Sənət Mərkəzində etüd turu çərçivəsində portretləşdirilən bütün sənət əsərlərinin nümayiş olunduğu rəsm sərgisi açılıb. Sərgidə Əməkdar Rəssam Azərelli Asif və tanınmış rəssamlar İslam İsrafilov, Raul Hüseynov, Şahin Quliyev, Bəxtiyar Yusifov, Ramil Məmmədov və Cavid Məmmədovun 30-dək əsəri nümayiş olunur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə elan olunan “Vətənin tərənnümü” etüd müsabiqəsi Bakı Xətai Sənət Mərkəzində təşkil edilib.
azertag.az