Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalına qatılacaq.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, teatr festivalda gürcü yazıçı Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.
Azərbaycan teatrının beynəlxalq festivalda iştirakına Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi dəstək verib. Teatrın festivalda təqdim edəcəyi tamaşada teatrın aktyorları ilə yanaşı, baş rolda türkiyəli aktyor Necati Zengin də oynayacaq.
Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladzedir.
azertag.az