“Markswebb” agentliyi MDB banklarının “Mobile banking” xidmətləri üzrə hazırladığı reytinqini açıqlayıb. Araşdırmaya görə, bu sahədə Azərbaycanın ən yaxşı mobil bankı “Unibank” ASC-dir. Ümumi reytinqdə isə “Unibank” 22-ci yerdə qərarlaşıb. Belə ki, bank "IPhone" istifadəçiləri üzrə göstəricilərə əsasən 22-ci, "Android" istifadəçiləri üzrə isə 21-ci olub.
“Markswebb”ə istinadən xəbər verilir ki, reytinqdə “Bank Respublika”, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və “YapıKredi Bank Azərbaycan” da yer alıb.
Reytinqdə TOP-5-ə “Tinkoff Bank”, “Alfa Bank”, “Poçta Bank”, “VTB 24” və “Sberbank” (hamısı - Rusiya) daxil olub. İlk onluğu Rusiyadakı “Rayffayzenbank”, Belarusun “Belqazprombank” və “Alfa-Bank”, Gürcüstanın “Bank of Georgia” bankı və Qazaxıstanın “Fortebank”ı tamamlayır.
Araşdırmanın nəticələrinə əsasən, Ukraynanın ən yaxşı mobil bankı “Privatbank” olub. O, ümumi reytinqdə həm "IOS", həm də "Android" istifadəçiləri üzrə 11-ci yeri, "Android" istifadəçiləri üzrə isə 12-ci yeri tutub.
report.az