"AccessBank" yeni “Sabirabad” filialını açıb
2.11.2017

"AccessBank" QSC müştərilərinin rahatlığını təmin etmək məqsədilə Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında yeni filialını açıb.
Banka istinadən xəbər verilir ki, müasir üslubda qurulan yeni filialda ixtisaslaşdırılmış və hazırlıqlı əməkdaşlar xidmət göstərəcək.
Burada həm hüquqi, həm də fiziki şəxslərə tam çeşidli bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlər, müxtəlif plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi və s. kimi xidmətlər təklif olunur.
"AccessBank"ın İdarə Heyətinin sədri Rolf Reyxardt qeyd edib ki, yeni filialın açılmasında məqsəd Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq müştərilərə daha çevik və səmərəli xidmət göstərməkdir.
Ətraflı məlumatı Bankın www.accessbank.az ünvanında fəaliyyət göstərən rəsmi internet səhifəsindən, "Facebook" və "Twitter" sosial şəbəkələrindəki rəsmi səhifələrindən, eləcə də 151 Məlumat Mərkəzindən əldə etmək olar.

report.az