Dünyanın ən ucaboy qadını - Yao Defen 40 yaşında Çində dünyasını dəyişib. Bu barədə qadının yaşadığı Anhoy əyalətində nəşr olunan "Sinyan vanbao" qəzeti yazıb.
Ginnesin rekordlar kitabına düşən Yao Defen ağır onkoloji xəstəlikdən ölüb. Boyu 2,36 metr olan qadın noyabrda öz evində dünyasını dəyişsə də, ölüm xəbəri məhz bu gün yayılıb.
Yao Defendə onkoloji xəstəlik yeniyetmə yaşlarında aşkarlanıb. O vaxt mütəxəssislər müəyyənləşdiriblər ki, qızın boyunun sürətlə artması baş beyindəki şişlə əlaqədardır. Bədxassəli şiş götürülsə də, Yao Defeni tam müalicə etmək mümkün olmayıb.
ANS PRESS