İtaliyanın məşhur Domeniko Dolçe və Stefano Qabbanası məhkəmə qarşısına çıxmalı olublar. Tanınmış cütlüyü 1 milyard avro dəyərində vergidən yayınmaqda ittiham olunur.
Guya onlar ”Dolce & Gabbana” brendini öz şirkətləri “GaDo”ya bazar qiymətindən 3 dəfə ucuz satıblar. Modelyerlər isə bu ittiham qəbul etmirlər. Əgər məhkəmədə irəli sürülən iddia sübuta yetirilərsə, cütlük 5 il azadlıqdan məhrum edilə bilər. Dizaynerlərin işi üzrə yekun qərar dekabrın 14-də məlum olacaq.
Qeyd edək ki, bu italiyalı məşhurların vergilərlə olan ilk çəkişməsi deyil. 2000-ci ildə mərhum tenor Luçano Pavarotti 4 il davam edən mübahisələrdən sonra dövlətə 12 milyon dollar ödəməli olub. argentinalı futbolçu Diyeqo Maradona 38 milyon avro, moto yürüşlər üzrə keçmiş çempion Valentino Rossi 51 milyon dollar dövlətə borclu çıxıb.
ANS PRESS