Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində bu gün Bakıda Macarıstan ticarət evi açılır.
Bu ticarət evi Macarıstanın xarici ölkədəki ilk ticarət evidir.
Macarıstan ticarət evi iki ölkə arasında mövcud iqtisadi əlaqələrin inkişafında, yeni əməkdaşlıq sahələrinin müəyyənləşməsində və yeni tərəfdaşların tapılmasında mühüm rol oynayacaq.
Gün.Az