Noyabrın 17-də Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin birgə dəstəyi ilə “Xeyrə vəsilə” adlı III xeyriyyə satış- sərgisi təşkil olunacaq. Rəssamlıq Akademiyasında keçiriləcək xeyriyyə satış -sərgisində bu təhsil ocağının müəllim və tələbələrinin əsərləri təqdim ediləcək.
Mərkəzdən bildirilib ki, Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimi Minaxanım Hüseynovanın təşkilatçılığı ilə reallaşacaq sərgidə xalça, keramika, batika, şüşə, qobelen, qrafika, rəngkarlıq və digər səpkili əsərlər nümayiş olunacaq.
Sərgidə hər bir əsərdən əldə olunacaq gəlirin 20 faizi valideynlərini itirmiş tələbələrin təhsil haqqına və uşaq evlərinə xərclənəcək.
azertag.az