Noyabrın 15-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Xalq Artisti Müslüm Maqomayevin 75 illiyi çərçivəsində tədbir keçiriləcək. Muzeyin təşkilatçılığı ilə reallaşacaq tədbir Prezident İlham Əliyevin “Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən gerçəkləşəcək.
Bu barədə muzeyin şöbə müdiri Xanım Abdinova məlumat verib.
Onun sözlərinə görə, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunacaq, müğənninin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq. Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə sənətkarın vaxtilə ifa etdiyi mahnılar səslənəcək, vətənpərvərlik ruhunda şeirlər qiraət olunacaq.
azertag.az