Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) layihəsi
çərçivəsində Bakıda “İnformasiya Texnologiyaları Evi” açılıb.
«İnformasiya Texnologiyaları Evi» Azərbaycan Gənclər və İdman, Rabitə və
İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə yaradılan və
tələbələrə informasiya texnologiyaları sahəsində biliklərini artırmaq
üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulan mərkəzdir.
Layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
mərkəzə 25 kompüter (20 masaüstü kompüter və 5 noutbuk) hədiyyə edib.