Rusiyanın populyar ifaçısı Dima Bilan Bakıya gəlir.
Konsertin təşkilatçısı Samir Xəttab açıqlamasında Dima Bilanla danışıqlar aparıldığını və razılıq alındığını deyib.
“Dima Bilanın konsertində iştirak etmək istəyən hər kəs biletləri 50% endirimlə əldə edə biləcək. Bir də ki, 100 nəfərin məşhur müğənninin konsertinə pulsuz bilet əldə etmək imkanı olacaq. 3 nəfər isə Dima Bilanla görüşmək şansı qazanacaq”.
Samir Xəttab Dima Bilanın konsertinin tarixini, hələlik, açıqlamayıb.
Video
http://gun.az