Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev noyabrın 21-də İngiltərənin Bedford şəhərindəki Müqəddəs Pavel kilsəsində konsert proqramı ilə çıxış edəcək.
Konsertdə N.Paqanini və F.Şopenin əsərləri səsləndiriləcək. C.Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı bu ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb.
C.Kolman, həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.
azertag.az