Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstan Patriarxı, mitropolit Sofiyalı Neofit ilə Sofiyada keçirilən görüş zamanı dini tolerantlıq məsələlərini müzakirə edib.
Bolqarıstanın "Fokus" agentliyinə istinadən xəbər verilir ki, görüş zamanı Azərbaycan səfiri Nərgiz Qurbanova Patriarxı şeyxülislam Allahşükür Paşazadənin adından Bakıda keçiriləcək beynəlxalq konfransa dəvət edib.
Görüş zamanı müasir çoxmədəniyyətli cəmiyyətdə etnik və dini tolerantlığın əhəmiyyəti müzakirə olunub.
Qeyd edək ki, dekabrın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında “İslam Həmrəyliyi ili”nin yekunlarına dair beynəlxalq konfrans keçiriləcək. Konfransda bir sıra dini liderlərin iştirakı gözlənilir, həmçinin Roma Papasının və digər dini liderlərin müraciəti oxunacaq.
report.az